Bakı, FinanceTime. 12 fevral 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002759ISIN-li, 20mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7investor tərəfindən qiymət intervalı 98.2062 AZN (9.0000%)və 100.3638 AZN (7.8000%) olan 10 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0181 AZN (7.99%), orta ölçülmüş qiyməti 100.0442 AZN (7.9756%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,610,400.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00 təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 09.02.2021-ci il.
Hərrac iştirakçıları 13 fevral 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.