1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank Fərdi Bankçılıq bölməsini istifadəyə verdi
11.02.2019

Bakı, FinanceTime. Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu məqsədlə Bankın Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib. Filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir.

Mərkəz filialının Fərdi Bankçılıq bölməsi xüsusi dizayn əsasında hazırlanaraq müştərilərə ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi, xaricdə olan istənilən məhsulun alınması, sənədləşdirilməsi və ünvana çatdırılması və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment