1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


AZSIĞORTA 2018-ci ili mənfəətlə başa vurdu
08.02.2019

Bakı, FinanceTime. Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan AZSIĞORTA sığorta şirkəti 2018-ci ili 4,7 milyon AZN xalis mənfəətlə başa vurub.

AZSIĞORTA şirkətinin mənfəət əldə etməsi - portfoliosunun keyfiyyətinin yaxşılaşdırılması, xərclərin azaldılması və investisiya gəlirləri sayəsində mümkün olub.

Bu uğurlar 2018-ci ilin noyabrında şirkətin maliyyə dayanıqlılığı reytinqini "B" səviyyəsində olaraq təsdiqləyən "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən də qeyd edilmişdir. Qeyd edək ki, AZSIĞORTA bazarda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.

2018-ci ildə şirkət könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 20 milyon manatdan çox sığorta haqqı toplayıb. Sığorta ödənişlərinin həcmi isə 8 milyon manat təşkil etmişdir.

 2018-ci il ərzində AZSIĞORTA şirkətinin kapitallaşması 29,9 milyon AZN-dən 34,7 milyon AZN-dək artıb. Nizamnamə kapitalı 20,3 milyon AZN səviyyəsində qalan şirkət bu göstərici üzrə bazarda 3 sığorta şirkətindən biridir.

Ümumi aktivlərin həcmi, demək olar ki, dəyişməyərək, 61 milyon AZN səviyyəsində qalıb. Bununla belə, 2017-ci ildə 53,6 milyon AZN olan qısamüddətli aktivlər 54,1 milyon AZN-dək artıb.Keçən il ərzində şirkətin debitor borcları 1 milyon manat həcmində azalmışdır.

Xatırladaq ki, AZSIĞORTA fəaliyyət üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb və Azərbaycanın sığorta bazarında ən stabil şirkətlərdən biridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment