1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kartla ödə, kartla qazan!
07.02.2019

"Amrahbank"ın kartları ilə POS-terminallar vasitəsilə minimum 5 manatlıq ödəniş edin və lotereyada 50 manat qazanın!

Təklif 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək keçərlidir.

“Kartla ödə, kartla qazan!” Stimullaşdirici  lotereya

Rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən 3 aylıq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək. Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel ayları ərzində Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində (mağaza, restoran və s.) quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə kart hesabına xidmət edən bank tərəfindən müştərilər məlumatlandırılacaq. 
Ölkə üzrə ümumilikdə 1800 nəfərin qalib olacağı lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir. Hər bir ay üzrə uduş fondu aşağıdakı tarixlərdə Mərkəzi Bankda kənar qurumların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti ilə oynanılacaqdır.

1-ci tirajın uduş fondu 15 mart 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.02.2019-dan 28.02.2019-a qədər olan dövrü əhatə edir);
2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.03.2019-dan 31.03.2019-a qədər olan dövrü əhatə edir);
3-cü tirajın uduş fondu 15 may 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.04.2019-dan 30.04.2019-a qədər olan dövrü əhatə edir).

 

Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

·         korporativ kartlarla aparılan əməliyyatlar;

·         ləğv edilmiş (reversal) əməliyyatlar;

·         istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar;

·         elektron ticarət əməliyyatları.

Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə və ödəniş kartlarından istifadəyə stimullaşdırılması məqsədilə həyata keçirilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment