1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Təcrübəli bankir "Bank VTB (Azərbaycan)" rəhbərliyinə gətirilib
06.02.2019

Rusiyanın "VTB" bankının Azərbaycandakı törəməsi olan "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinə yeni təyinat olub. Banker.az-ın banka yaxın mənbədən əldə etdiyi məlumata görə, 2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov İdarə Heyətinə üzv seçilib. Y.Cəlilov həmçinin adıçəkilən bankda Korporativ biznesin inkişafı departamentinin direktorudur. Xatırladaq ki, o, 2018-ci ilin iyul ayından etibarən adıçəkilən departamentə rəhbərlik edir.

Yeri gəlmişkən, Y.Cəlilov hazırda bankın İdarə Heyətində yeganə azərbaycanlıdır. Belə ki, "Bank VTB (Azərbaycan)"nın İdarə Heyətinin sədri Yevgeni Kirin, Vadim Klimenko və Roman Rudakov isə digər üzvlərdir. Qeyd edək ki, Y.Cəlilov "Xəzər" Universitetində beynəlxalq iqtisadi əlaqələr və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisasları üzrə bakalavr, Azərbaycan Dövlət Neft Akademiyasında isə iqtisadiyyat və menecment ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın "Warwick Business School" ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib.

Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini - Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb. Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 22 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.

Onu da əlavə edək ki, Y.Cəlilov Azərbaycan Banklar Assosiasiyasında Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Eskpert qrupunun sədridir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment