1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Nahid Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədr müavini seçildi
06.02.2019

Bakı, FinanceTime. AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.

“İclas zamanı Azərbaycan Turizm Assosiasiyası olaraq bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlər və onların həlli yollarını iclasda səsləndirdim. Müzakirələrdən sonra agentliyin rəhbərliyi və İctimai Şura üzvləri tərəfindən səsləndirilən problemlərin həllinin tapılması və həyata keçirilməsi barədə müvafiq razılıq əldə olundu”, - deyə AZTA rəhbəri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan Turizm Assosiasiyası öz fəaliyyəti çərçivəsində turizm sənayəsinin qeyri-neft sektorunun aparıcı sahəsi olduğunu nəzərə alaraq, sahibkarların, o cümlədən, kiçik və orta sahibkarların fəaliyyətinin təşviqi və dəstəyinə xüsusi önəm verir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi isə həyata keçirilən tədbirlərin daha da səmərəli reallaşmasına zəmanət verəcək.

İclasın sonunda AZTA rəhbəri Nahid Bağırovun və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayevanın Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədrinin müvinləri seçilməsi barəqə qərar qəbul olundu. Qeyd edək ki, İctimai Şuranın sədri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment