1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Azercell Telekom” MMC və İsrail Səfirliyinin birgə layihəsi
05.02.2019

Bakı, FinanceTime. İsrail Səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.

Layihənin təqdimat mərasimi Azercell, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , PAŞA Bank, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Adakemiyasınin Media Mərkəzi və digər qurumların dəstəyi ilə 5 Fevral, 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə həmçinin TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olundu. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu.

Tədbirdə çıxış etdilər:

Avital Rozenberq - İsrailin Azərbaycan Respublikasındakı Səfirinin müvəqqəti işlər vəkili

İmran Bağırov - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri

Vüqar Behbudov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri 

Məftunə İsmayılova- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət komitəsinin baş məsləhətçisi

TOM gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri, developerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla (“ehtiyac sahibləri”) birləşdirən qlobal icma hərəkatıdır. Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:

http://tombaku.barama.az/

http://tomglobal.org/

İstedadlı şəxslər üçün elan olunmuş çağırışdan sonra, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə təxminən 1 ay vaxt veriləcək (28 fevral tarixinədək). 5 TOM tapşırığında (“çağırışında”) komanda şəklində iştirak edən yarışçıların adları mart ayında açıqlanacaq. Onlar Pre-TOM tədbirində bir-biri ilə tanış olacaq və birlikdə çalışmağa başlayacaqlar. Komandalar təxminən 1 ay ərzində qoyulmuş problemə həll yolu düzəltməlidir. Layihə dövründə komandalara “SCHWATECH” MMC tərəfindən dəstək göstəriləcək.

Komandaların yekun məhsulları 17 aprel 2019-cu ildə keçiriləcək TOM tədbirində təqdim olunacaq və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment