1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ədliyyə Nazirliyinin İcra baş idarəsi və ABA arasında görüş keçirilib
05.02.2019

Bakı, FinanceTime. 01 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti arasında görüş keçirilib.

Görüşdə Nazirliyin İcra baş idarəsinin Rəisi - Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Görüş zamanı icra prosesinin təkmilləşdirilməsi, icrada olan işlərin icrasının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ABA üzvlərinin təklifləri İcra baş idarəsinin rəhbərliyi ilə müzakirə edilib. Görüşdə İcra baş idarəsi tərəfindən “Elektron icra” informasiya sistemi haqqında təqdimat keçirilib, icra prosesinin rəqəmsal texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi və asanlaşdırılması üzrə görülmüş və qarşıda duran işlər, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın – “Azərbaycan Respublikasınınİcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib.

Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı işlərin aparılması vəicra sənədlərinin icrasının sürətləndirilməsi istiqamətində birgə fəaliyyətləbağlı fikir birliyinə gəlinib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment