1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) ixracatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib
01.02.2019

Bakı, FinanceTime. Bank VTB(Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iştirak edərək kənd təsərrüfatı, yüngül və ağır sənaye sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Tədbir İşgüzar Şuranın 2018- ci ildə fəaliyyətinin nəticələri və cari ilin planlarına həsr olunub. İclasda sənaye, kənd təsərrüfatı, tikinti və maliyyə sahəsində çalışan 100 yaxın şirkət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin uğurlu inkişafını qeyd edərək, iki ölkə sahibkarları arasında işgüzar əlaqələrin yeni inkişaf imkanlarını müzakirə edib.

“Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri ümumilikdə şirkətlərin biznes fəaliyyətini asanlaşdıramağa və sürətləndirməyə imkan verir. Bunaİşgüzar Şuranın bankla gələcək əməkdaşlığı və tərəfdaş əlaqələrin inkişafı da təsir edəcək” - deyə  bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin şərh edib.

VTB (Azərbaycan) 1516 hüquqi şəxsə xidmət göstərir və onların yarısından çoxu RF ilə çalışan trans sərhəd şirkətlərdir. Ötən il Azərbaycan müəssisələrinin RF ilə pul dövriyyəsi təxminən 170 mln manat təşkil edib.

 

Arayış üçün:

Azərbaycan-Rusiya İşgüzar Şurası aktiv şəkildə ikitərəfli xarici iqtisadi layihələri reallaşdıran iş adamlarını birləşdirir, və iki tərəfin biznes nümayəndələrinin yaranan problemlərini operativ şəkildə həll edir. Şuranın əsas fəaliyyət istiqamətləri Rusiya işgüzar icmasının Azərbaycan tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq və Azərbaycan bazarıüzrə mövqeyininmüəyyən edilməsi, Rusiya –Azərbaycan qarşılıqlı əməkdaşlığının genişləndirilməsi və diversifikasiyası üçün konkret imkanların üzə çıxarılması, görüş, konfrans, işçi qrupları və digər işgüzar tədbirlər vasitəsilə əməkdaşlıq üçün əlavə imkanların yaradılması, əlaqələrin qurulması və ölkələrin ictimai birlikləri ilə birgə işin aparılmasıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment