1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) depozit portfelini 18% artırıb
31.01.2019

Bakı, FinanceTime. 2018-ci ilin dördüncü rübün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 18% artaraq 58,7 mln manat təşkil edib.

1 yanvar 2019-cu il tarixinə bankın kapitalı 53,19 mln manat olub. Bankda kapitalın adekvatlıq əmsalları normativ tələbləri (5% və 10% müvafiq olaraq) xeyli üstələyərək 38,58% və 39,11% təşkil edib.

Bankın əsasən yüksək likvidli alətlər, o cümlədən AR MB-nin qısamüddətli notları və depozitlərləri, həmçinin  müxbir hesablardakı qalıqlar ilə təmsil olunmuş aktivləri 135,3 mln. manat təşkil edib. Ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 144% olub. Bank tərəfindən kredit portfeli üçün yaradılan ehtiyatlar 218,8 mln manat təşkil edib. Məcburi normativlərə riayət edilərkən kredit portfeli üçün ehtiyatların yaradılmış olması bankın etibarlılığının təsdiqidir və ona olan güvənin möhkəmləndirilməsinə xidmət göstərir.

Ötən rüblə müqayisədə bankın faiz gəliri 24% artaraq 7,8 mln manat olub.

Hesabat dövrü ərzində bankın müştərilərinin sayı 31 430 çatıb. Kart hesablarının sayı 12,5% artaraq 10 560 olub.

Maliyyə bazarlarına nəzarət palatasının cari ildə qüvvəyə minəcək yeni normativlərinə əsasən, VTB (Azərbaycan) əsas göstəricilər üzrə requlyatorun tələblərinə tam cavab verir.

“Biz həm korporativ, həm də pərakəndə biznes üçün nəzərdə tutulan xidmətləri təkmilləşdirməyə davam etmək niyyətindəyik. Fəaliyyətimizin əsas diqqəti korporativ və SME müştərilərinə istiqamətlənib. Bu sahədəprioritet istiqamətlərdən biri Rusiya və digər MDB ölkələri ilə çalışan müştərilərdir. Rusiya bankı olaraq biz Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına dəstək olacaq məhsul və xidmətlərin tətbiqinə davam edəcəyik. Biz həmçinin əhaliyə istehlak və ipoteka kreditləri, plastik kartlar üzrə xidmətlər göstərib, eləcə də məsafəli bank xidmətləri imkanlarını genişləndirəcəyik”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment