1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb
31.01.2019

Bakı, FinanceTime.  “Microsoft” korporasiyasının sifarişi ilə aparılan tədqiqatda şagirdlərin uğur və müvəffəqiyyət qazanması üçün rifahın və müsbət düşüncənin vacibliyi xüsusi olaraq vurğulanıb. Bu əhəmiyyətli məqamlar hər il mütəmadi keçirilən dünyanın ən böyük təhsil texnologiyaları tədbiri sayılan BETT konfransında “Süni intellekt dövründə emosiyalar və dərketmə” panelində təqdim edilib.

Tədqiqat dünyanın müxtəlif yerlərində təhsil sahəsində peşəkarları, müəllimləri və inzibati vəzifələrdə çalışanları və ən yüksək vəzifəli şəxslərə qədər işçiləri əhatə edib. Respondentlər – Meksikadan İsveçə, İndoneziyadan Kanadayadək müxtəlif iqtisadi, sosial və siyasi sahələrdə fəaliyyət göstərən şəxslər arasından olub. Onların fikrincə, məktəb müəllimləri və adminstratorları düşünürlər ki, şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırmaq və onları dəyişən əmək bazarına hazırlamaq üçün məktəblərdə emosional rifahı prioritet halına gətirmək və inkişaf etdirmək lazımdır. Tədqiqatda 15 ölkədən 763 pedaqoq iştirak edib.

Emosional rifah akademik və məşğulluq müvəffəqiyyətinin bir göstəricisidir, emosional bilik isə özünü tanıma və həyatda düzgün yol tapmaq üçün çox vacibdir. Süni intellektin əmək bazarını formalaşdırdığını nəzərə alsaq, yaradıcılıq, qarşılıqlı anlaşma və empatiya kimi insan bacarıqlarının əhəməiyyəti daha da artır. Pedaqoqlar rifahın yaxşılaşdırılması üçün bacarıqların inkişafında əsas rol oynayırlar. Bu beynəlxalq tədqiqat təhsil peşəkarlarının şagirdlərin rifahının üstün tutmasını və yanaşmasını araşdırır.

Araşdırmaya əsasən, pedaqoqların 80%-i inanır ki, pozitiv emosiyalar akademik uğur üçün çox vacibdir, 80%-i isə emosional rifahın ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə əhəmiyyətini vurğulayır. Diqqətəlayiq məqam odur ki, araşdırılan məktəblərin 53%-də dəqiq rifah siyasəti artıq mövcuddur və müəllimlərin fikrincə, bu cür siyasətin olması şagirdlərin emosional rifahının müntəzəm və sistemləşdirilmiş şəkildə dəstəklənməsinin mühüm elementidir. Bu anlayış qlobal təhsil intibahının da diqqət mərkəzindədir. Belə ki, Asiyada məktəblərin 67%-i siniflərdə emosional savadlılığın inkişafını təşviq edir, Şimali Amerikada isə müəllimlərin 66%-i sinifdə emosional savadlılıq prinsiplərini artıq tətbiq etdiklərini bildirib.

Eyni zamanda tədqiqatşagirdlərin rifahının dəstəklənməsi üzrə top üç texnologiyanı da müəyyən edib: təhsil prosesinə töhfə verib, genişləndirdikləri üçün təhsil ilə bağlı mobil tətbiq və ya proqram təminatlarının 58%-i, təhsilin sosial proses olduğunu nəzərə alaraq birgə iş alətlərinin 49%-i, şagirdlərin emosional vəziyyəti ilə bağlı məlumat və təhlilin payına isə 46% düşür, çünki əyanilik məsuliyyətə gətir.

Araşdırma sosial emosional bacarıqların inkişafının məktəblər üçün prioritet olduğunu bildirir. Belə ki, məktəblərin 70%-dən çoxu artıq məqsədyönlü olaraq SE bacarıqlarını fundamental bacarıq olaraq görürlər. Mövzu haqqında daha ətraflı öyrənmək üçün “Xoşbəxtliyi öyrədək” adlı vebinarına ödənişsiz şəkildə qoşulmaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment