1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


8 azərbaycanlı rəssamın əsəri“Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə keçib
31.01.2019

Pivəbişirən Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq jüri yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib. Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan”şirkəti həyata keçirib.

Bakı, FinanceTime. Oktyabr ayında başlayan “Portrait Now! 2019” həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto- , video əsərlər) işləyən müəlliflər iştirak edir.

“Carlsberg Azerbaijan”şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib.

Qeyd edək ki, Azərbaycandan 142 nəfər müsabiqədə iştirakedib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-si “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Lvov, Ukrayna) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək.

“Portrait Now! 2019” müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 000 Danimarka kronu (22 000 AZN) uğrunda mübarizə aparacaq.

Azərbaycanlı finalçıların adı:

-          Vaqif Hüseynov

-          Zakir Mehdiyev

-          Elgiz Hüseynov

-          İlham Mirzəyev

-          Müstəqil Balayev

-          Aynur Səmədova

-          Zamiq Rzayev

-          Sahib Hüseynov

Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə Carlsberg Azerbaijan layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsi idi. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçildi.

Qalibləri beynəlxalq jüri müəyyən edəcək:

·         Kristofer Beyker, direktor, Şotlandiya Milli Portret Qalereyası, Edinburq, Şotlandiya

·         Sun Xuquan, direktor, Qonq şahzadəsinin Sarayında Muzey, Pekin, Çin

·         Van Yi, direktor, Times Modern Bədii Muzeyi, Çin

·         Mixail Ovçinnikov, direktorun birinci müavini, Faberje Muzeyi, Sankt-Peterburq, Rusiya

·         Olof Kristin Siqurdardottir, direktor, Reykyavik Bədii Muzeyi, İslandiya

·         Henrik Vivel, sənətşünas-tənqidçi, Danimarka

·         Lüsi Dalsen, kurator, Milli Portret Qalereyası, London

·         Mette Skouqard, direktor, Frederiksborq qəsrində Milli Tarix Muzeyi, Danimarka

Müsabiqənin təşkilatçısı hələ 1882-ci ildən mədəniyyətin inkişafına fəal şəkildə sərmayə yatıran “Carlsberg” Fondudur. Həmin dövrdə şirkətin təsisçisi pivəbişirən Y.K.Yakobsen Frederiksborq qəsrində Milli Tarix Muzeyinitəsis etmişdi. Cəmiyyətin portret sənətinə marağının cəlb edilməsi üçün muzey təsis olunduğu ilk illərdən rəssamlara məşhurların portretlərini sifariş etmişdir. İndi isə yaradıcılıqdan zövq qalmaqla yanaşı, onu qiymətləndirməyin vaxtı gəlib çatıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment