1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank 2018-ci ili mənfəətlə başa vurub
31.01.2019

Bakı, FinanceTime.  “Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb.

“Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov hesab edir ki, 2018-ci il Unibank üçün uğurlu illərdən biri kimi yadda qalacaq: “Əgər ilin nəticəsini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, səhmdarların yaxından dəstəyi ilə Unibank komandası 2018-ci il üçün qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Beynəlxalq maliyyə standartlarına (İFRS 9) əsasən, ötən il 30 milyon manat mənfəət əldə edilib. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk”. 

Hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. Əvvəlki 3 illə müqayisədə, 2018-ci ildə daha aktiv kreditləşmə aparılıb. İl ərzində müştərilərə verilmiş kreditlərin artımı 152 milyon manat təşkil edib. Cəmi kredit portfelində artım isə ilin əvvəli ilə müqayisədə 18%olub. 

Unibank ənənəvi olaraq real sektora dəstəyini davam etdirir. Bank ötən il ərzində kiçik, orta sahibkarlıq, mikro, eləcə də böyük korporativ şirkətlər daxil olmaqla, biznesə 100 milyon manatdan çox kredit ayırıb.

Keçən il ərzində debet kartların sayında 25% -dən çox artım olub.

2018-ci il ərzində bankın depozit portfeli 22% artaraq, ilin sonuna 305 milyon manatı ötüb.

Ötən il Unibank üçün rəqəmsal bankçılıq sahəsində də uğurlu olub, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təqdim edilib.Unibankın mobil bank əlavəsi “ən yaxşı mobil əlavə NETTY2018 “ Azərbaycanın Milli internet mükafatını alıb. Bank, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələri üzrə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının qalibi olub.

Sosial layihələr Unibankın diqqət mərkəzindədir. Bu fəaliyyətinə görə, Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsində “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi seçilib.

Unibank 2019-cu ilin ölkəmiz üçün pozitiv dəyərləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank, bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment