1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub
30.01.2019

Bakı, FinanceTime.  29 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə olaraq təşkil olunan Milli KSM Mükafatı 2018 müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev mükafatlandırma mərasimində çıxış edərək   Azərbaycanda bu mükafatın ilk dəfə təsis edildiyini və belə müsabiqələrin davamlı olaraq keçiriləcəyini deyib. Daha sonra Azərbaycan Respublikasının Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavin Sədaqət Qəhrəmanova, İqtisadiyyat nazirliyinin sahibkarlar şöbəsinin müdiri İlqar Poladov, millət vəkili Kamilə Əliyeva, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkədə  sahibkarlarlığın inkişafına  göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar. Qeyd olunub ki, sahibkarlar onlar üçün yaradılan əlverişli şəraitdən istifadə edərək sosial, ekoloji və digər sahələrdə KSM layihələrinə dəstək verməklə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, cəmiyyətin ümumi rifahının yaxşılaşmasına öz töhfələrini vermiş olurlar.

Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı keçirilən Korporativ Sosial Məsuliyyət (KSM)  üzrə ümumrespublika müsabiqəsininə layihələrin qəbulu  01 oktyabr - 30 noyabr 2018-ci il tarixinədək  aparılıb.  Həmin müddət ərzində təhsil, bank, səhiyyə, mobil oprerator və sığorta sahəsində fəaliyyət göstərən 30-dan artıq şirkət son iki ildə həyata keçirdikləri layihələri müsabiqəyə təqdim edib. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və  digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirmə edilmiş və aşağıdakı layihələr müsabiqədə qalib elan edilmişdir:

  1. Kapital bank- Yaşlıların cəmiyyətə inteqrasiyası üzrə ilin layihəsi

  2. Beynəlxalq bank- Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi

  3. BAKCELL- Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi

  4. Bank Respublika- İcma inkişafı üzrə ilin layihəsi

  5. AXA Mbask sığorta şirkəti-Valideyn və uşaq münasibətləri üzrə ilin layihəsi

  6. Unibank-İdman sahəsində ilin layihəsi

  7. Səlis Loqopedik və Nitq İnkişaf Mərkəzi-Sosial xidmət üzrə ilin layihəsi

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Gənc Mühasiblər İctimai Birliyi və Azərbaycan Professional Maliyyə Menecerləri Asossiasiyasının (APFM) təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, sahibkarlar, PR və Marketinq sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment