1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank daha bir mükafat aldı
30.01.2019

Bakı, FinanceTime.  Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı-2018” müsabiqəsinin qalibi seçilib. Dövlət və özəl qurumların nümayəndələrindən ibarət müsabiqə komissiyasının qərarı ilə bank “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi olub.

Xatırladaq ki, Unibankı 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. 2020-ci ilin yayınadək bank komandanın yerli və xarici səfərlərini, təlim-məşq toplantılarını maliyyələşdirəcək. Bu layihəyə dəstək verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına dəstək göstərməkdir.

Paralimpiyaçılar layihənin əhəmiyyətini belə ifadə edirlər:

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov: “Unibankın bu addımı özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti üçün çox yaxşı və öyrənilməli bir nümunədir. İnanırıq ki, bu əməkdaşlıq Güllə atıcılığı üzrə milli paralimpiya komandasının daha böyük uğurlara imza atmasına imkan verəcək”.

Milli Paralimpiya KomitəsininBaş katibi Kamal Məmmədov: “Unibankın bu qərarı komandamız üçün çox böyük dəstəkdir. İndiyədək hansısa şirkət tərəfindən komandamıza belə uzunmüddətli və büdcəli dəstək olmamışdı. Komanda üzvləri Unibankın dəstəyindən sonra daha həvəslə və qalibiyyət hissi ilə yarışlara hazırlaşırlar”. 

Güllə atıcılığı üzrə milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: “Unibankın bu qərarı bütün komanda üzvlərini çox sevindirdi və onlarda böyük ruh yüksəkliyi yaratdı. Bu dəstək komandamızın qələbə əzmini daha da artıracaq və daha böyük nailiyyətlərə imza atacağıq”.

Unibank bundan sonra da Korporativ Sosial Məsuliyyət sahəsində yeni-yeni layihələrə imza atmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsinin təşkilatçıları Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyidir. Müsabiqə komissiyasına çoxsaylı dövlət qurumlarının nümayəndələri daxildir.

Unibank- hər kəsin bankı


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment