1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İsveçrədə Azərbaycanın turizm imkanları nümayiş olunub
29.01.2019

Bakı, FinanceTime. 25-27 yanvar tarixlərində İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Polo yarışları çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan Azərbaycan pavilyonunda ölkənin turizm imkanları nümayiş etdirilib.

Turnir müddətində yarış iştirakçıları və çoxsaylı qonaqlar ölkəmizin atçılıq ənənələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar. Pavilyonda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Həmçinin VR texnologiyası sayəsində ziyarətçilər ölkəmizi canlı izləmək və Azərbaycanın gözəlliyi ilə tanış olmaq imkanı əldə ediblər.

Azərbaycan pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə “Azərbaycan – bir daha bax” (“Azerbaijan – Take another look”) konsepsiyasına uyğun olaraq yeni çap olunmuş broşürlər, eyni zamanda Heydər Əliyev Fondunun nəşrləri paylanılıb.

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən “Land of Fire” komandası turnirin 3-cüsü olub.

Yarışlar çərçivəsində izləyicilərə Qarabağ atları və milli rəqslərimizdən ibarət çıxış təqdim olunub.

Qeyd edək ki, 35 ildir dünyanın müxtəlif ölkələrindən polo yarışları həvəskarlarını bir yerə toplayan, İsveçrədə donmuş St.Moritz gölü üzərində keçirilən turnir bu il rekord sayda 18000 ziyarətçi qəbul edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment