1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin nəticələrini elan edib
29.01.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Son iki ildə müsbət inkişaf dinamikasına nail olan bankili uğurlu nəticələrlə başa vurub. 31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 7.9 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər sayəsində bankın kapital mövqeyi daha da möhkəmlənib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə də artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.

Hesabat dövründə bankın kredit portfeli 8%-dənçox artaraq 1.9 milyard manatolub. Bank tərəfindən irikorporativ müştərilərə,eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 500 milyon manatadək kredit və qarantiyalar verilib.

Fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində görülən işlər il ərzində bankın mənfəətliliyinə də müsbət təsir göstərib. Azərbaycan Beynəlxalq Bankı 2018-ci ili 425,8 milyon manat xalis mənfəətlə başa vurub.Ötən illərdə dövlət tərəfindən Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, Bankın əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankda yenilənmə və inkişaf proseslərinin davam etdirildiyini bildirib: “Müasir dövlət bankı olaraq iqtisadiyyatın müxtəlif seqmentlərində görülən işlərə dəstək olmağa çalışırıq. Hazırda üzərində işlədiyimiz bir çox layihələrimiz var. Ölkədə innovativ ödəniş sistemlərinin və nağdsız ödənişlərin inkişafında Azərbaycan Beynəlxalq Bankının ənənəvi olaraq xüsusi rolu olub, yeni məhsul və xidmətlərimizlə bu sahədə fəaliyyətimizi genişləndirəcəyik.Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən biznes qurumları, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə öz layihələrini uğurla reallaşdırmaq üçün dəstək olmaqda davam edəcəyik.”

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment