1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank"ın depozit portfeli 500 mln. manatı ötüb
29.01.2019

Bankın aktivləri isə 900 mln. manata çatır

Bakı, FinanceTime.  "AccessBank" 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

2019-cu ilin yanvarın 1-nə bankın aktivləri 878,688 mln. manata çatıb ki, bu da illik 33,867 mln. manat artımdan xəbər verir. 2018-ci ilin III rübü ilə müqayisədə isə sonuncu rübdə bankın aktivləri 42,232 mln. manat artıb. "AccessBank"ın kredit portfeli il ərzində 7,7% və ya 38,985 mln. manat, sonuncu rübdə isə 24,010 mln. manat artaraq 542,488 mln. manata çatıb.

Bankın depozit portfeli 101,323 mln. manat və ya 25,3% artaraq 501,138 mln. manat təşkil edib. Rüblük artım isə 37,113 mln. manat olub. Şübhəsiz ki, bu, müştərilər tərəfindən banka göstərilən yüksək etimadın göstəricisidir.

Dekabrın sonuna ani likvidlik əmsalı 79,5% təşkil edir ki, bu da normadan 2,65 dəfə çoxdur.

Hesabat dövründə bankın gəlirləri 27,315 mln. manat təşkil edib.

Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Əsas biznes göstəricilərinin ciddi artım nümayiş etdirməsi sübut edir ki, bankın yeni inkişaf mərhələsinə qədəm qoyması artıq öz bəhrələrini verir. Menecment bu artım dinamikasının tendensiya xarakteri alacağına əmindir. Başqa sözlə, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etməkdir. Bu baxımdan bankın kapitallaşması da mühüm rol oynanır. Qeyd edim ki, hazırda bu proses yekunlaşmaq üzrədir. "AccessBank" 2019-cu ilə yeni hədəflərlə daxil olub və inanıram ki, güclü komandamız və hər zaman bizə etimad göstərən müştərilərimiz sayəsində hər bir hədəfə nail olacağıq".

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment