1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycanda ilk dəfə PAŞA Bank fərdi sahibkarlar üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı yaratdı
29.01.2019

Bakı, FinanceTime. Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank unikal bir imkanı, filiala gəlmədən Bankın müştərisi olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin əldə edilməsi imkanını təqdim edir.

Yeni müştərilərə vaxta qənaət etməklə müxtəlif valyutalarda hesabın açılması üçün onlayn edilən müraciəti bir neçə dəqiqə ərzində rəsmiləşdirmək fürsətini verən bu xidmət hazırda fərdi sahibkarlar üçün əlçatandır. Müştərilərin istifadəsinə verilmiş xidmət minimum tələblərə cavab verir və bu həll davamlı olaraq təkmilləşdirilir. Ölkədə ilk dəfə olaraq fərdi məlumatlar fərdi sahibkarın elektron razılığı əsasında Elektron Hökumət İnformasiya Sistemindən əldə olunaraq vaxta qənaət etməyə imkan verir və müştərilər “Asan İmza” mobil elektron imza vasitəsilə xidmətdən istifadə edərək lazımi sənədləri təsdiqləyirlər.

PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun dediklərinə əsasən, 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində PAŞA Bank müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatlarını öyrənərək müasir texnoloji həllər üzərində işləyir və tezliklə öz müştərilərini digər rəqəmsal həllərlə də sevindirəcək.

“Sahibkarların əsas diqqəti biznesin strateji idarə olunmasında cəmləşir və bu səbəbdən, vaxta qənaət və onlayn bank xidmətlərindən istifadə ön plana çıxır. PAŞA Bank tərəfindən hazırlanmış və təqdim edilmiş bu imkanın bankla müştərilər arasında münasibətlərin yeni daha təkmil səviyyəyə  qalxmasına, beləliklə, bank sektorunda rəqəmsal həllərin inkişafına töhfə verəcəyinə əminəm. Bu sahədə həyata keçirdiyimiz təşəbbüslər həmçinin ölkəmizin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin  icrasının dəstəklənməsini də hədəfləyir” – deyə cənab Kazımov bildirmişdir. 

Bundan əlavə, PAŞA Bank yaxın zamanda yeni hüquqi şəxs müştəriləri üçün onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim edəcək. 

Xidmətdən istifadə 
buradan mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment