1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu
29.01.2019

Bakı, FinanceTime.  “Nar” Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib. Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərinə dair təqdimatlar olub.  Çıxış edən spikerlər hər bir dövlətin öz məhsulunu dünyanın müxtəlif ölkələrində tanıtması ilə bağlı düzgün PR-ın aparmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-ın vəziyyətindən danışıblar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir.

“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.

Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment