1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “AmCham”ın üzvləri ilə görüşüb
28.01.2019

Bakı, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) öz üzvləri üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib. Bununla yanaşı, işgüzar naharda bir neçəüzv şirkətlərin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

İlk olaraq, Anar Bağırov Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı və onun ölkədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üçün əhəmiyyəti barədə danışıb. O, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq imkanının reallaşması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin effektiv fəaliyyəti üçün qüvvətli və nüfuzlu vəkillik təsisatının mühüm rolun oynadığını vurğulayıb.Anar Bağırov, həmçinin,vəkillik fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən bir çox normativ sənədin qəbul edilməsihaqqında ətraflı məlumat verib.

Vəkillər Kollegiyasın fəaliyyətinin prioritet istiqamətlərinə toxunaraq, o,yeni vəkil qurumlarının, eyni zamanda ASAN xidmət mərkəzlərində yeni qurumların yaradılması ilə bağlı memorandumun imzalandığını qeyd edib.Bununla yanaşı, o müxtəlif ölkələrin vəkillər kollegiyaları, o cümlədən bir çox beynəlxalq təşkilat ilə sıx əməkdaşlıq münasibətləri və digər tərəfdən ölkənin müxtəlif regionlarına səfərlər və əhaliyə “pro bono” hüquqi yardım göstərilməsi barədə danışıb. Anar Bağırov əminliklə bildirib ki, ölkədə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılmış tədbirlərin gedişatı artan templə davam edəcək.

Qeyd edək ki, “AmCham Azerbaijan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azerbaijan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.Top of Form Bottom of Form

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment