1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” daha bir intellektual yarışa dəstək oldu
27.01.2019

Bakı, FinanceTime. Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsilin təbliğinə xüsusi önəm verən “Nar” intellektual oyunlara dəstək olmaqda davam edir. Mobil operator intellektual yarışlar sahəsində ixtisaslaşmış “Fibonacci Games” oyununun dördüncü mövsümünün Qala gecəsinin keçirilməsinə dəstək olub. Qeyd edək ki, oyunda dördüncü mövsümün ən güclü 16 komandası iştirak edib. Peşəkar insanlar tərəfindən hazırlanan suallar müxtəlif sahələrə aid olub. Qalib gələn komandalara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Fibonacci Games”layihəsi çərçivəsində 150-dən artıq mütəmadi və korporativ oyun keçirilib, bir sıra komanda quruculuğu (team building) və korporativ tədbirlər təşkil edilib. “Fibonacci Games” oyununun əsas iştirakçıları bank və sığorta, yüngül və ağır sənaye, kommersiya sahələrində və dövlət qulluğunda çalışan şəxslərdir. 

Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq edir. Artıq bir neçə ildir ki, mobil operator “Breyn Rinq” intellektual yarışına baş sponsorluq edir.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment