1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell 2019-cu ilin ilk Eksklüzivini Zaqataladakı abunəçilərinə təqdim etdi
25.01.2019

Bakı, FinanceTime. Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC, yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirərək, abunəçilərinə yüksək xidmət təklif etməkdə davam edir. Şirkət bu ilin ilk Eksklüzivini Faiq Əmirov küçəsi 8 ünvanında Zaqatala sakinlərinin ixtiyarına verib. Beləliklə, ölkə boyunca Azercell Eksklüziv mağazalarının sayı 21 təşkil etdi.

Qeyd edək ki, yeni Eksklüziv mağaza ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər istədiyi məhsulu sınaqdan keçirə, həmçinin onları müqayisə edə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri aktiv etməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar yardım edir. Həmçinin mağazada müştərilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Eksklüziv ofislərdə nömrənin digər abunəçinin adına rəsmiləşdirməsi və izahlı qaimə əməliyyatı istisna olmaqla, bütün digər Azercell xidmətlərindən faydalanmaq mümkündür.

Azercell Zaqatala şəhərindəki müştəriləri üçün xüsusi kampaniya da keçirir. Belə ki, yanvarın ayının 24-dən etibarən 7 gün ərzində, Zaqatala Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN hədiyyə balansı əldə edəcək. Bundan əlavə, 200 müştəriyə xüsusi hədiyyə kuponu təqdim olunacaq ki, bu kuponlar vasitəsilə hər kəs nömrə və aksesuar alışı zamanı 50%-dək endirimdən yararlanmaq imkanı qazanacaq.

Qeyd edək ki, Zaqatala Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 19:00 (fasiləsiz), Bazar günü 09:00 – 18:00 (fasiləsiz) abunəçilərə xidmət göstərəcək.

Azercellin ofislərinin ünvanları ilə tanış olmaq üçün, https://www.azercell.com/az/contacts/office/ səhifəsinə daxil olun.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment