|
|
|
Fond birjası | | | Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
24.01.2019 | |
| |
Bakı, FinanceTime. 29 yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
|
Faizli, ortamüddətli dövlət istiqrazları
|
Qiymətli kağızın ISIN kodu
|
AZ0106001750
|
Emissiya həcmi
|
15 000 000 AZN
|
Nominal dəyəri
|
100 AZN
|
İstiqrazların tədavül müddəti
|
1092 gün
|
Faiz ödənişləri (olduqda)
|
30 iyul 2019-cu il, 28 yanvar 2020-ci il, 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il, 27 iyul 2021-ci il, 25 yanvar 2022-ci il
|
Faiz gəliri
|
9 %
|
Ödəmə tarixi
|
25.01.2022
|
Anderrayter
|
Paşa Kapital İŞ QSC
|
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
|
|
|
|