1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib
24.01.2019

Bakı, FinanceTime.  “Kaspersky Lab”ın məlumatına* əsasən, 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb. Bundan başqa, il ərzində “Kaspersky Lab”ın müdafiə həlləri 1 079 667 unikal zərərverici linki bloklayıb.

Mobil qurğular üçün təhdidlərə gəldikdə isə 2018-ci ildə Azərbaycanda bununla hər 20-ci istifadəçi qarşılaşıb. Bununla yanaşı “Kaspersky Lab”ın həlləri 12 298 unikal zərərverici quraşdırma paketini, o cümlədən 1 269 bank troyanını bloklayıb.

Bununla belə, ötən il ərzində Azərbaycan istifadəçilərinin ən çox zərərverici proqram təminatı adı ilə qarşılaşdığı hücumlar kriptomaynerlər tərəfindən olub – bu cür təhdidlərlə istifadəçilərin 10,2%-i qarşılaşıb.

“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və geniş imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizlik məsələlərinı lazımi diqqət yetirilmirsə. Kibercinayətkarlar mobil qurğulara hücumlara paralel olaraq özlər üçün yeni hədəflər də müəyyənləşdiriblər – kriptovalyutalar və blokçeyndə maliyyə sistemləri. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və onların qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kibertəhdidlərdən qorunmaq üçün “Kaspersky Lab” tövsiyə edir:

·         məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmayın;

·         əməliyyat sistemi və əlavələr üçün yeniləmələri müntəzəm olaraq quraşdırın;

·         yalnız rəsmi mağazalardan olan əlavələri quraşdırın;

·         bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edin;

·         qurğunuzda olan vacib məlumatları müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə kopiyalayın;

·         əlavələrə onlara lazım olmayan funksiyalara daxil olmağa imkan verməyin;

·         etibarlı müdafiə həlli quraşdırın, o cümlədən mobil qurğulara.

 

*Məlumatlar 2018-ci ildə “Kaspersky Lab” şirkətinin Azərbaycanda həllərinin işə düşməsinin anonim statistikasına əsaslanır.

**Fleş kartlar, daşıyıcı disklər və ya sərt disklər vasitəsilə yoluxmuş cihazlar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment