1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankından korporativ İnternetBank istifadəçilərinə güzəşt
23.01.2019

Bakı, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı İnternetBank xidmətindən istifadə edən korporativ müştərilərinə daha bir üstünlük təqdim edib.Bank bu müştərilər üçün güzəştli məzənnənin tətbiqinə başlayıb. Beləki, konvertasiya əməliyyatlarını İnternetBank xidməti üzərindən aparanmüştərilərə bu əməliyyatları bankın standart kursundan aşağı məzənnə ilə yerinə yetirmək imkanı yaradılıb.

İnternetBank xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Xidmətin Mailbox funksiyası korporativ müştərilərə bankla rəsmi yazışmalar aparmaq,bir çox əməliyyat sənədlərini banka gəlmədən skanlaşdıraraq göndərmək, yaxud bankdan onlayn qaydada almaq imkanı verir. Korporativ müştərilər İnternetBank xidmətinə Asanİmza vasitəsilə də qoşula bilərlər.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin bank məhsul və xidmətlərindən istifadə imkanlarının daha da genişləndirilməsi üçün tədbirlər gələcəkdə də davam etdiriləcək: “Bankımızın İnternetBank xidmətindən istifadə edən korporativ müştərilər artıq nəinki vaxtlarına, hətta valyuta alqı-satqısı zamanı xərclərinə də qənaət edəcəklər”

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment