1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb
23.01.2019

Bakı, FinanceTime. 22 yanvarda Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT-nin Baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının cari ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb. 

İmzalanma mərasimində Fuad Nağıyev hər kəsi Bakıya, Azərbaycana dəvət edərək ölkənin yeni turizm brendinin konsepsiyasına uyğun olaraq Azərbaycana bir daha yenidən baxmağa, zəngin tariximizi, mədəniyyətimizi, dadlı mətbəximizi, fərqliliyimizi, qonaqpərvər və mehriban insanlarımızı yenidən tanımağa çağırıb. 

İcraiyyə Şurasının Bakıda keçiriləcək 110-cu sessiyasında dünyanın 35 ölkəsindən turizm üzrə nazirlərin iştirakı gözlənilir. 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 23-27 yanvarda Madrid şəhərində keçirilən ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgi çərçivəsində  şərab turizm mövzusunda beynəlxalq konfrans da keçirilir. 

Şərabçılığın ölkəmizdə prioritet sahələrdən biri olması, Azərbaycanın şərab məhsullarının dünya miqyasında daha çox tanıdılması və ixracının dəstəklənməsi baxımından sərgi çərçivəsində təşkil olunacaq şərab turizmi üzrə tədbirdə Dövlət Turizm Agentliyinin də iştirakı əhəmiyyət kəsb edir. 

Artıq 39 ildir ki, “FİTUR” sərgisi turizm mütəxəssisləri üçün qlobal görüşmə nöqtəsi hesab olunaraq ibero-amerikan bazarları ilə ticarət əlaqələri baxımından aparıcı rola malikdir. Təkcə 2018-ci ildə sərgiyə dünyanın 165 ölkə və regionundan 10190 sərgi iştirakçısı qatılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment