1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib
15.01.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Belə ki, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.

8 yanvar 2019 - cu il tarixindən etibarən vətəndaşlar adıçəkilən dövlət qurumu üzrə ödənişləri www.e-gov.az , www.asanpay.az  portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10000 dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər. Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına “ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilərlər.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 122 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və s. 200-dən artıq xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirmək mümkündür. Müvafiq ödənişlər www.asanpay.az  ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı, eləcə də sistemə qoşulmuş 10000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsi ilə nağd və ya nağdsız qaydada təmin edilir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment