1 USD 1.7000   1 EUR 1.9288   1 AED 0.4628   1 ARS 0.0425   1 AUD 1.2076   1 BRL 0.4483   1 BYN 0.8073   1 CAD 1.2751   1 CHF 1.6988   100 CLP 0.2553   1 CNY 0.2531   1 CZK 0.0753   1 DKK 0.2585   1 EGP 0.0981   1 GBP 2.2567   1 GEL 0.6337   1 HKD 0.2166   100 IDR 0.0120   1 ILS 0.4715   1 INR 0.0248   100 IRR 0.0040   100 JPY 1.5277   1 KGS 0.0241   100 KRW 0.1504   1 KWD 5.6004   1 KZT 0.0045   100 LBP 0.1126   1 MDL 0.0988   1 MXN 0.0892   1 MYR 0.4171   1 NOK 0.1990   1 NZD 1.1661   1 PLN 0.4492   1 RUB 0.0264   1 SAR 0.4533   1 SDR 2.3697   1 SEK 0.1842   1 SGD 1.2587   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.3110   1 TWD 0.0552   1 UAH 0.0626   100 UZS 0.0199   1 XAG 26.1769   1 XAU 2223.1326   1 XPD 2690.6326   1 XPT 1425.8750   1 ZAR 0.1178   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

AtaTravel  MMC-nin  nümayəndəsi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq

















Banklar


Azərbaycan Beynəlxalq Bankı yaranma gününü qeyd edir
10.01.2019

Bakı, FinanceTime. Cənubi Qafqaz regionunun aparıcı maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı bu gün – yanvarın 10-da fəaliyyətə başlamasının növbəti ildönümünü qeyd edir. Yeni inkişaf mərhələsində öz strateji hədəflərinə doğru irəliləyən bank 2018-ci ili uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub.

31 dekabr 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.7 milyard manat təşkil edib. İl ərzində gəlirliliyin artırılması, xərclərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər bankın kapital mövqeyini daha da gücləndirib. Belə ki, Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2018-ci ildə artaraq 982 milyon manata çatıb. Kapital adekvatlığı isə 17%-dən 32%-ə yüksəlib.

Bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ bankçılıq texnologiyalarının geniş tətbiqi, maliyyə bazarındakı artan rəqabət şəraitində Azərbaycan Beynəlxalq Bankının inkişaf etdirilərək ən qabaqcıl bankçılıq təcrübəsinə yiyələnməsi bu ilin də əsas strateji hədəflərindən olacaq.

Bank yaranma gününə özəl olaraq yeni kampaniyalara start verib. Azərbaycan Beynəlxalq Bankının əməkhaqqı və pensiya kartı sahibləri yanvarın 11-dən 18-dək keçirilən kampaniya çərçivəsində nağd pul kreditini bankdan illik faiz dərəcəsində 2% ENDİRİMLƏ, KOMİSSİYASIZ və məbləğ 7000 manata qədər olduqda ZAMİNSİZ ala biləcəklər. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditləri barədə daha ətraflı: https://www.ibar.az/az/individual/credits/

Bankın yaranma günü münasibətilə elan etdiyi digər kampaniya isə “American Express” kartları ilə bağlıdır. Kampaniya çərçivəsində yanvarın 11-dən 31-ə qədər istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz alacaq. Həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı da hədiyyə veriləcək. Kampaniyadan faydalanan müştərilər avtomatik olaraq bankın təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevrilərək tərəfdaş məkanlarda alış-veriş zamanı hər ödədikləri məbləğin 10%-dək hissəsini kart hesablarına geri alacaqlar. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı “American Express” beynəlxalq ödəniş sisteminin ölkəmizdəki eksklüziv tərəfdaşıdır.

Azərbaycan Beynəlxalq Bankı “VİSA Gold”, “VİSA Platinum”, “MasterCard Gold”, “MasterCard Platinum” kartları ilə bağlı da endirim kampaniyası keçirir. Yanvarın 11-dən 18-ə qədər bu kartları bankdan 50% endirimlə almaq olar. Bankın müxtəlif çeşiddə plastik kartlarını buradan sifariş vermək mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/   rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 





26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi


18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri

20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment