1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” Naftalanda 4G şəbəkəsi qurdu
09.01.2019

Bakı, FinanceTime. Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Naftalan oldu. Bununla da Naftalan sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.

Ölkənin ən gənc mobil operatoru olan “Nar” son 3 ayda 340-a yaxın 4G, 26-ya yaxın 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasınıistifadəyə verib.Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.“Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.Son 3 ayda 4G şəbəkəsi aşağıdakı region mərkəzlərində quraşdırılıb: Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax. Bununla da, “Nar” 4G şəbəkəsinin əhatə olunduğu regionların sayı 45-dən çox olub.

Qeyd edək ki, aparılan şəbəkə işlərinin nəticəsi olaraq,mobil operator 2018-ci il ərzində 790-a yaxın 4G, 160-a yaxın isə 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasınıistifadəyə verib.Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1720-ni, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment