1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Tələsəni təndirə salan sənət: çörəyi torpaqdan çıxan AccessBank-ın müştərisi - REPORTAJ
09.01.2019

Hər dəfə müştərilərimizlə reportaja gedərkən yolboyu münbit torpaqlarımıza diqqətlə baxıram. İnanın ki, vaxtım olsa, saatlarla bu mənzərəni seyr edərəm. Növbəti səfərimdə bir daha anladım ki, torpağa etibar edən uduzmaz. Çünki bu məmləkətin milləti torpağa sevgidən başqa heç bir toxum əkməz! Torpaq isə heç vaxt borclu qalmır…

Bu dəfə Astara rayonuna üz tutmuşdum. Pensər kəndinin sakini olan müştərimiz Mədinə Həsənovanın da çörəyi sözün əsl mənasında torpaqdan çıxır. Mədinə xanımın hazırladığı təndirlər öz bərəkəti ilə seçilir. Müştərimizin bütün ailə üzvləri bu işə cəlb olunub. Öz dili ilə desək, çətin, lakin olduqca bərəkətli işdir.

Təndirin hazırlanması üçün gərək əlin palçığa bata, sonra isə həmin əllər odla oynamalıdır. Proses palçığın yoğrulmasından başlanılır. Lakin palçığın hazırlanması üçün dağdan gətirilmiş xüsusi torpaq lazımdır. Məhz bu torpaq daş və digər elementlərdən təmizləndikdən sonra Mədinə xanımın "qızıl əlləri" ilə yoğrulur və təndirin yapılmasına start verilir. Palçığın tərkibində daş olarsa, əziyyətiniz hədər gedə bilər. Təndir yapılması prosesi mərhələli şəkildə baş verir. Adətən bunu üç hissəyə bölürlər - aşağı, orta və yuxarı. Ardınca təndirin boğaz hissəsi qoyulur və ona bəzək verilir.

Yapılma prosesi bitdikdən sonra təndir 1 həftə ərzində qurudulur. Qurudulduqdan sonra təndirin aşağı hissəsində iki külfə (dəlik) açılır. Bu mərhələnin ardınca təndir bir-iki gün üzüaşağı saxlanılır. Sonuncu mərhələ isə təndirin oda verilməsindən ibarətdir. Bişmiş təndir satışa hazır sayılır.

Qəhrəmanım deyir ki, bu sənət səbr tələb edir. Tələsdinsə, təndirə düşəcəyin dəqiqdir: "Mən istəmərəm ki, kiməsə keyfiyyətsiz təndir satım. Çünki bir alıcının etibarını itirdinsə, o bir daha bu qapıya gəlməz". Etibardan söz düşmüşkən, Mədinə xanım deyir ki, AccessBank ilə əməkdaşlıq etdiyi 10 il ərzində yetərincə etibar qazana bilib: "İndiyədək 1 dəfə belə kreditimi gecikdirməmişəm. Hətta bəzən çətinliyimiz də olub, amma mən bu etibarı sarsıda bilməzdim. Bilirəm ki, "Lənkəran" filialının əməkdaşları da məni çox istəyir və bir sözümüzü iki etmir. Mən zaman-zaman deyirəm ki, hər şeyi AccessBank-ın hesabına əldə etmişəm, amma "Lənkəran" filialının əməkdaşları deyir ki, biz sadəcə dəstək vermişik, siz hər şeyi öz zəhmətinizlə əldə etmisiniz. Adama yaxşıca stimul verirlər".

Bir şeyi də qeyd edim ki, bu ailənin hər bir üzvü uşaqlıqdan "odla oynayır". Mədinə xanım deyir ki, bu sənət nəsildən nəsilə ötürülür. Təsəvvür edin, bir vaxtlar onların dədə-babaları təndiri hazırladıqdan sonra belində alıcılara çatdırırmış.

Yeri gəlmişkən, Mədinə xanımın hazırladığı bir təndirin ömrü 1-2 il arasında dəyişir. Düzdür, burada əsas amil kimi kim tərəfindən və necə istifadə olunduğu götürülür.

Elə reportajı da Mədinə xanımın sözləri ilə bitirməyi özümə borc bildim: qoy, hamının ocağı daim yansın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment