1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Fuad Nəbiyev – Sığorta Hadisələrinin Araşdırılması Departamentinin direktoru
04.01.2019

Fuad Nəbiyev  - Sığorta Hadisələrinin Araşdırılması Departamentinin direktoru  

 “Kasko” növü üzrə təmir zamanı sığortaçıların qarşılaşdıqı müştəri şikayətləri

Adətən fiziki şəxslərə məxsus olan avtomobillər könüllü sığorta (kacko) növü ilə təmir edilən zaman hansı şikayətlərlə qarşılaşırsınız? 

-  Bildiyiniz kimi fiziki şəxslər tərəfindən sığortalanan avtomobillərin könüllü sığorta növü (kasko) 2014-cü il tarixili “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” ilə tənzimlənir və təəssüf ki,  çox sayda müştərilər qeyd edilən sığorta qaydaları ilə tanış olmurlar, belə halda isə müştərilər sığortaçılara qarşı əsasssız iddialar və şikayyətlər irəli sürürlər. Adətən “kasko” müştərilər zərərə uğramış əmlaklarını (avtomobillərini) təmir-bərpa işləri prosesində əmlakın daha yaxşı vəziyyətə gətirilməsini sığortaçılardan tələb edirlər. Məs.: əgər avtomobil 2017-ci ilə məxsusdursa və həmin avtomobil sığortalandıqdan öncə mütəmadi olaraq zəmanətli servisdə təmir edilibsə və “Kasko” olunandan sonra müqaviləsi üzrə bu cür zamanətli servisdə təmir olunması şərti nəzərdə tutulmayıbsa o halda avtomobil zəmanətli servisdə təmir olunmasına dair sığortaçıda öhdəlik yaranmır,   bu isə mübahisəyə səbəb olur. 

Digər misal:  təmir yolu ilə istismara yararlı vəziyyətə  gətirilə bilən avtomobilin zədələnmiş hissələrin təmir əvəzinə müştərinin e/h dəyişdirilməsi tələb edilməsi kimi hallar da çox sayda sığortaçıdan tələb edilir.  Digər misal: rəngi solmuş avtomobilin bir e/h hissəsi (məs: sol qanadı) rənglənir və  təbii ki, təmirdən sonra rənglənən hissə daha yaxşı görünür və ümumi avtomobilin gövdəsinin digər hissələrindən seçilir, lakin belə halda da müştərilər avtomobilin tam rənglənməsini və təzə rənglənən detalın seçilməməsini tələb edirlər, belə şikayətlərin də sayı az deyil, amma qanunvericilik sadaladığım bütün halları tənzimləyir və bellə hallarda müştərilərin iddiaları əsassız hesab olunur. Biz öz növbəmizdə maksimum çalışırıq ki, müştərilərin məmunniyəti qazanaq, amma qaydalardan məlumatlı olmayan müştərilər sığorta şirkətlərinə qarşı yuxarıda qeyd etdiyim hallar yarandıqda neqativ tərzdə münasibət yaratmaqa başlayırlar, bu səbəbdən hesab edirəm ki,  mütəmadi olaraq müştərilər üçün sığorta sahəsi üzrə maarifləndirmə  proqramları yaradılıb KİV tərəfindən təqdim edilməlidir, əks hlada müştərilərlə sığortaçların arasında mübahisə halları çoxalacaqdır. 

 

2014-cü il tarixili “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”

Xususi hissə: 34-cü maddə Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmiri və ya bərpası xərcləri

 

hesablanarkən aşağıdakılar nəzərə alınmır:

34.1. avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri;

34.2. avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınmasıvəya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri vəya belə hissələrin dəyişdirilməsi;

34.3. təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;

34.4. avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment