1 USD 1.7000   1 EUR 1.9270   1 AED 0.4628   1 ARS 0.0430   1 AUD 1.2055   1 BRL 0.4518   1 BYN 0.7944   1 CAD 1.2842   1 CHF 1.6979   100 CLP 0.2599   1 CNY 0.2526   1 CZK 0.0752   1 DKK 0.2583   1 EGP 0.0968   1 GBP 2.2148   1 GEL 0.6404   1 HKD 0.2166   100 IDR 0.0121   1 ILS 0.4696   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5345   1 KGS 0.0242   100 KRW 0.1510   1 KWD 5.6001   1 KZT 0.0045   100 LBP 0.1125   1 MDL 0.0991   1 MXN 0.0881   1 MYR 0.4164   1 NOK 0.1970   1 NZD 1.1508   1 PLN 0.4446   1 RUB 0.0259   1 SAR 0.4533   1 SDR 2.3674   1 SEK 0.1815   1 SGD 1.2548   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.3195   1 TWD 0.0552   1 UAH 0.0626   100 UZS 0.0199   1 XAG 26.9017   1 XAU 2251.8540   1 XPD 2509.2170   1 XPT 1404.6591   1 ZAR 0.1213   
           
AMB kursu / Məzənnələr

 

 

Dilarə Zamanova

AtaTravel  MMC-nin  nümayəndəsi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq

















Banklar


Azərbaycan Beynəlxalq Bankı “American Express”lə yenidən eksklüziv əməkdaşlıq müqaviləsi imzaladı
03.01.2019

Bakı, FinanceTime. Bundan sonra da Azərbaycanda “American Express” kartı əldə etmək istəyən müştərilər bu istəklərini yalnız Azərbaycan Beynəlxalq Bankı ilə reallaşdıra biləcəklər. Belə ki, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən nüfuzlu bankları ilə əməkdaşlıq edən “American Express” beynəlxalq kart təşkilatı ilə 6 il müddətinə yeni eksklüziv tərəfdaşlıq müqaviləsi imzalayıb.

İndiyə qədər ölkəmizdə bu ödəniş sisteminin ilk və yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı ilə “American Express”in tərəfdaşlıq münasibətləri 2007-ci ildən davam edir. Həmin il bank “American Express” kartlarına ekvayrinq xidməti göstərməyə başlayıb. Bir il sonra isə Azərbaycan Beynəlxalq Bankı eksklüziv olaraq “American Express” Green, “American Express” Gold, 2010-cu ildən isə “American Express” Platinum kartlarını öz dəyərli müştərilərinə təqdim edib. Hazırda bankın xidmət şəbəkəsinə daxil olan bütün ATM və POS terminallarda və eyni zamanda Bankla ekvayrinq üzrə sponsorluq razılaşması mövcud olan digər yerli bankların POS terminal şəbəkəsində “American Express” kartlarından istifadə etmək olar.

Yeni eksklüziv tərəfdaşlıq müqaviləsinin imzalanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı xüsusi kampaniya keçirəcək. 2019-cu ilin 11 yanvar - 31 yanvar tarixlərində istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz əldə edə biləcək. Bundan əlavə, həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı hədiyyə olaraq təqdim ediləcək. Kampaniyanın üstünlükləri bununla da tamamlanmır. Belə ki, kampaniya çərçivəsində sözügedən kartı əldə edən müştərilər avtomatik olaraq Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevriləcəklər.

“American Express” 1850-ci ildən çoxfunksiyalı ödəniş kartları təklif edən ilk qlobal markadır. Dünyanın 159-dan çox ölkəsində şirkətin 146 tərəfdaşı var. 1000-dən çox adda kart çeşidi təklif edən şirkət hazırda 35 milyondan çox aktiv karta malikdir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın “American Express” kartları da daxil olmaqla təklif etdiyi bir çox plastik kart çeşidlərini buradan onlayn sifariş vermək olar: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az  internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/  rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 





06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment