1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın rəhbəri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb
21.12.2018

AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramına seçim mərhələsi yekunlaşıb.

Bakı, FinanceTime. Dörd turdan ibarət seçim mərhələsinə ümumilikdə 800-dən çox tələbə qatılmışdı. Birinci turda tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalı idisə, ikinci mərəhlədə onların məntiq və riyazi bilikləri yoxlanıldı. Belə ki, tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandırıb. Üçüncü turda iştirakçılar daha bir məharətini nümayiş etdirməli idilər. Sonuncu tura keçmək istəyənlərdən ingilis dilində müxtəlif mövzularda esselərin yazılması tələb olunurdu. Dördüncü tur isə üz-üzə müsahibə yolu ilə keçirildi. Müsahibəni AccessBank-ın müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarət xüsusi komanda həyata keçirib. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, nailiyyətləri, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar verilib. Çətin seçim qarşısında qalan bank mütəxəssisləri nəticədə 10 nəfəri qalib elan etdi.

Qaliblərlə naharda görüşən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov onların hər birini təbrik etdi. Cənab Həsənov bildirdi ki, AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramı ölkəmizdəki "parlaq zəka"ları üzə çıxardı: "Tələbə Təqaüd Proqramına qatılan hər bir iştirakçı isbat etdi ki, Azərbaycanda təhsil səviyyəsini olduqca yüksəkdir. Bütün elmlərin bünövrəsi təhsillə qoyulur və mən çox şadam ki, qarşımda oturanlar, o cümlədən layihəmizə qatılanlar möhkəm bünövrəyə malik gənclərdir. Mən həm də bir işəgötürən kimi çox sevinirəm ki, sizin kimi bilikli gənclər gələcəkdə öz iş yerində istənilən komandanın gücünə güc qatacaq. Bir şeyi dəqiq bilin ki, AccessBank-ın hər zaman bu cür işçilərə ehtiyacı var və qapımız hər birinizin üzünə açıqdır".

Sədr həmçinin tələbələrin gələcək planları ilə maraqlanıb. Onların əksəriyyəti xaricdə magistr dərəcəsinə yiyələnmək istədiyini bildirib. Buna cavab olaraq Anar Həsənov tələbələrə öz təcrübəsinə əsaslanaraq bəzi məsləhətlərini verib: "Mən də xaricdə təhsil almışam, lakin karyeramı vətənimdə davam etdirmişəm. Hesab edirəm ki, Azərbaycanın sizin kimi gənclərə ehtiyacı var. Amma siz karyeranızı xaricdə qurmaq niyyətindəsinizsə, şübhəm yoxdur ki, hər biriniz Azərbaycanı layiqincə təmsil edəcək".

Qeyd edək ki, Tələbə Təqaüd Proqramı üzrə seçilmiş 10 şəxs növbəti semestr ərzində AccessBank-dan aylıq 100 AZN təqaüd alacaq. Bununla bərabər həmin tələbələr bankda təcrübə keçmək və bankın müxtəlif təlim və korporativ tədbirlərində iştirak etmək şansı əldə ediblər. Qaliblərin siyahısı bankın rəsmi Facebook və Instagram səhifələrində dərc olunub. Əlavə edək ki, qaliblərdən 3-ü UNEC-in, 3-ü ADA Universitetinin, 3-ü Bakı Mühəndislik Universitetinin, 1-i isə "Xəzər" Universitetinin tələbəsidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment