1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


ARDNŞ prezidenti «ExxonMobil»in nümayəndə heyətini qəbul edib
02.11.2012

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «ExxonMobil International Ltd.» şirkətinin prezidenti və hasilat üzrə direktoru Bred Korsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

«
APA-ECONOMICS»in məlumatına görə, görüşdə R.Abdullayev ARDNŞ ilə «ExxonMobil» arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. ARDNŞ ilə tərəfdaşlıq əlaqələrinin «ExxonMobil» üçün əhəmiyyətli rol oynadığını vurğulayan B.Korson Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri, ölkədə həyata keçirilən beynəlxalq müqavilələrin şərtlərinə tam əməl olunmasını yüksək qiymətləndirib, ARDNŞ ilə yaranmış əməkdaşlığın səviyyəsindən razı olduğunu qeyd edib. O, «ExxonMobil»in təcrübəsinin, maliyyə və texniki imkanlarının əməkdaşlığın yeni layihələrdə inkişaf etdirilməsi üçün şərait yaratdığını diqqətə çatdırıb. 

Azərbaycanda xarici sərmayələrin qanunla qorunduğunu və bunun ölkəyə böyük etimad qazandırdığını deyən R.Abdullayev ARDNŞ-in bu gün inkişaf edərək beynəlxalq bazarlarda mühüm nailiyyətlər qazandığını vurğulayıb. Görüşdə ARDNŞ və «ExxonMobil»in Azərbaycanda birgə həyata keçirdiyi layihələrin gedişi, şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivlər müzakirə olunub. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment