|
|
|
Fond birjası | | | Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
21.12.2018 | |
| |
Bakı, FinanceTime. 25 dekabr 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü
|
Faizli, ortamüddətli dövlət istiqrazları
|
Qiymətli kağızın ISIN kodu
|
AZ0106020693
|
Emissiya həcmi
|
30 000 000 AZN
|
Nominal dəyəri
|
100 AZN
|
İstiqrazların tədavül müddəti
|
1092 gün
|
Faiz ödənişlərinintarixi
|
25 iyun 2019-cu il, 24 dekabr 2019-cu il, 23 iyun 2020-ci il, 22 dekabr 2020-ci il, 22 iyun 2021-ci il, 21 dekabr 2021-ci il
|
Faiz gəliri
|
9 %
|
Ödəmə tarixi
|
21.12.2021
|
Anderrayter
|
Paşa Kapital İŞ QSC
|
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az ) “Üzvlər” bölməsində yerləşdirilib.
|
|
|
|