1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı ən çox mükafat qazanan banklardan biri oldu
20.12.2018

Bakı, FinanceTime.  Azərbaycan Banklar Assosiasiyası ölkə banklarının bir illik fəaliyyətini təhlil edərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qaliblərini müəyyənləşdirib. Dekabrın 19-da “JW Marriott Absheron Baku” hotelində bank-maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə mükafatların təqdimatı mərasimi keçirilib.

Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin nəticələrinə görə bir neçə mükafat qazanıb. Bank “Korporativ sosial məsuliyyət və ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə mükafatla təltif edilib. Azərbaycan Beynəlxalq Bankı bu mükafata ASAN Radio ilə birgə həyata keçirdiyi “100 illik tarix” və “Bank saatı” layihələrinə görə layiq görülüb. Xatırladaq ki, cəmiyyətdə böyük maraqla qarşılanan bu layihələrdən biri – “100 illik tarix” korporativ sosial məsuliyyət layihəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilib. ASAN Radioda efirə gedən “Bank saatı” proqramının məqsədi isə cəmiyyətimizdə maliyyə savadlılığının yüksəlməsinə dəstək vermək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.  

Bu il müştərilərinə bir sıra maraqlı texniki-innovativ həllər təqdim edən Azərbaycan Beynəlxalq Bankı “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının da qalibi olub. Bundan başqa, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Aynur Süleymanlının rəhbərliyi ilə fəaliyyət göstərən “Tədris strategiyaları və İnsan Resursları” üzrə ekspert qrupu “Ən fəal ekspert qrupu” nominasiyasında mükafat qazanıb.

Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti departamentinin şöbə müdiri Əli Dadaşzadə isə “Bank-maliyyə sektoruna aid araşdırma və məqalələri ilə fərqlənən bank nümayəndəsi” nominasiyasının qalibi olub. O, belə bir mükafata bu sahədə müxtəlif mövzularda dərc etdirdiyi maarifləndirici xarakterli məqalələrinə görə layiq görülüb.

Mükafatların təqdimatı mərasimində Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: “Bu mükafatların bizim üçün mənəvi dəyəri çox böyükdür. İşimizə verilən yüksək qiymət göstərdi ki, layihələrimiz öz məqsədinə çata bilib. Bu isə bizi insanlarımıza fayda gətirəcək yeni-yeni təşəbbüslərə ruhlandırır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment