1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"UNEC Business English Conversation Club" iştirakçıları AccessBank-ı gələcək iş yeri kimi görür
14.12.2018

Bakı, FinanceTime. AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business English Conversation Club" layihəsinin növbəti sessiyası keçirilib. İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru Əli Bayramov olub.

Tələbələr qarşısında təqdimatla çıxış edən qonaq öz təcrübəsindən danışıb. Onun sözlərinə görə, ingilis dilinin dərinliklərini öyrənmək zamanın tələbidir: "Hər bir layihə iştirakçısının seçdiyi peşə ingilis dilinin biznes istiqamətinin öyrənilməsini zəruri edir. Təbii ki, hər biriniz AccessBank-ın yaratdığı gözəl fürsətdən maksimum faydalanmalı və biliyinizi artırmalısınız".

Əli Bayramov və tələbələr arasında həm də peşə seçimi ilə bağlı ciddi fikir mübadiləsi aparıldı. Belə ki, bəzi tələbələr bir neçə peşə arasında seçim etməkdə çətinlik çəkdiklərini bildirdilər. Məsələn, bəziləri belə bir dilemma ilə üzləşib: audit və ya marketinq? Sevindiricidir ki, tələbələrin bir çoxu gələcək iş yeri kimi AccessBank-ı görür. ARPA rəsmisi layihə iştirakçılarına bu cür cavab verdi: "Hər kəs sevdiyi və ən yaxşı bacardığı işlə məşğul olmalıdır. Mən də vaxtilə belə bir dilemma qarşısında idim və bu təbiidir. Siz eyni zamanda marketinqi və auditi sevə bilərsiniz, lakin hansısa sahəni daha çox sevirsiniz və bunu özünüzə etiraf edin. Ürəyinizin səsinə qulaq asın! Çünki siz yaxşı bacardığınız işlə sevə-sevə məşğul olanda bundan həm siz, həm də sizin gələcək işəgötürəniniz, o cümlədən AccessBank qazanacaq".

Bundan başqa, Əli Bayramov tələbələrlə iş yerində fərdi qaydada görüşməyi və onlara peşə seçimində dəstək olmağı da təklif etdi. Təklif layihə iştirakçıları tərəfindən alqışla qarşılandı.

ARPA-nın icraçı direktoru tələbələrə dönə-dönə vaxtlarını hədər yerə sərf etməməyi, sosial şəbəkələrdən daha çox yeni və faydalı informasiyaların əldə olunması üçün istifadə etmələrini tövsiyə etdi.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment