1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının korporativ İnternet Bankçılıq xidmətinə Mailbox funksiyası da əlavə olundu
04.12.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı İnternet Bankçılıq xidmətindən istifadə edən korporativ müştərilərinin işini daha da asanlaşdırıb. Bu Xidmətə indi Mailbox funksiyası da əlavə edilib. Yeni funksiya hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə bankla rəsmi yazışmalar aparmaq imkanı verir. Bir çox əməliyyat sənədlərini indi banka gəlmədən skanlaşdıraraq Mailbox vasitəsilə göndərmək, yaxud bankdan onlayn qaydada almaq olar. Müştəri bu funksiyadan faydalanmaq üçün hesabının olduğu filiala müraciət etməlidir.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin innovativ imkanlardan faydalana bilməsi üçün bank bu istiqamətdə tədbirləri davam etdirəcək: “Çalışırıq ki, məhsul və xidmətlərimizdən istifadə müştərilərimiz üçün daha əlçatan və rahat olsun”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment