1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Sığortaçılar liqası”nın çempionu məlum olub
04.12.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sığortaçılar liqası” adlı futbol çempionatı yekunlaşıb. Sığorta şirkətlərinin futbol komandaları arasında keçirilən çempionatın final oyununda “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” şirkətlərinin futbol komandaları qarşılaşıb və 2:1 hesablı qələbə qazanan “PAŞA Həyat Sığorta” şirkəti çempionatın qalibi adını qazanıb.

Böyük azarkeş coşğusu ilə müşahidə olunan oyunun 3-cü dəqiqəsində 1 top fərqlə geri düşən “PAŞA Həyat” sonradan oyun üzərində öz üstünlüyü qurub və bunu sonadək davam etdirib. Oyunun ikinci hissəsində hesabı bərabərləşdirən qalib komanda oyunun sonuna 4 dəqiqə qalmış növbəti qolu vuraraq çempionatın nəticəsini müəyyənləşdirib.

Həmin gün “AtaSığorta” və “Maliyyə Bazarlarına Nəzarət Palatasının” futbol komandaları arasında üçüncü yer uğrunda keçirilən qarşılaşma 3:1 hesabı ilə “AtaSığorta”nın xeyrinə başa çatıb.

Beləliklə, “Sığortaçılar liqası”nın çempionu “PAŞA Həyat Sığorta”, ikinci yerin sahibi “PAŞA Sığorta” və üçüncü yerin sahibi isə “AtaSığorta” şirkətlərinin futbol komandaları olub. Həmçinin, “çempionatın ən yaxşı oyunçusı” və “çempionatın ən yaxşı qapıçısı”  mükafatına “PAŞA Həyat Sığorta” şirkətindən müvafiq olaraq Rəşad Paşacanov və Səbuhi Göyüşov, “çempionatın bombardiri” isə “PAŞA Sığorta” şirkətinin komandasından Ömər Məmmədov layiq görülüb.

Qalibləri təbrik edirik və daha böyük uğurlar arzu edirik.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment