Baki, FinanceTime. 29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazlar BFB-də standart bazar seqmentində listinqə daxil edilmişdir.
3 dekabr, 2018-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1. 000. 000 mln AZN həcmində istiqrazlarınınticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.İstiqrazların tədavül müddəti 1 (bir) ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 (bir) təqvim ayından bir ödəniləcəkdir.
Yeni tranşla buraxılan istiqrazlar üzrə əlavə məlumatlar aşağıdakı cədvəldə qeyd olunmuşdur. Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində BFB-də ticarətə buraxılmışdır.
İstiqrazların baza emissiya prospektini Bakı Fond Birjasının veb səhifəsində “Listinqdə olan şirkətlər” bölməsindən əldə edə bilərsiniz.
№
|
Döv. Qeyd. nömrəsi
|
Q/k növü və forması
|
Ticarətə buraxılan qiymətli kağızlarınsayı
|
Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri
|
Q/k-ın hərrac qiyməti
|
1
|
AZ2002020603
|
Faizli təmin edilməmiş
|
1 000
(ədəd)
|
03.12.2018
|
1000 AZN
|
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.