1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Barama FinTech Hackathon” yarışmasının nəticələri açıqlandı
29.11.2018

Baki, FinanceTime.   “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasının qalibləri bəlli olub. Bu, Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən təşkil olunan sayca 6-cı Hackathon müsabiqəsi olub. Mütəxəssislər tərəfindən aparılan texniki dəyərləndirmənin ardından 28 noyabr tarixində baş tutan təqdimat və mükafatlandırma mərasimində iştirakçı komandalar yaratdıqları həlləri münsiflər heyəti qarşısında təqdim ediblər. Beləliklə, müsabiqədə “AXON” komandası (Ziya Bayramov, Tural Gülməmmədov, Rüfət Məmmədli) Mirza Aİ çat bot sistemini yaradaraq I yerə layiq görülüb. Qalib komanda Azercell-in Barama Mərkəzindən 2000 AZN dəyərində hədiyyə kuponu əldə edib. Müsabiqənin “KLMZ” adlı komandası (Seyid-Kənan Bağırov, Rüfət Abdullazadə, Məhəmməd Rüstəmzadə) müştəri istəklərini və bank təkliflərini birləşdirən platforması ilə II yerə çıxıb, mükafatı 900 AZN təşkil edib, “404” adlı komandası (Gunay Həsənova, Vüqar Suleymanov, Rəşid Şirəlizadə) isə tez və asan yolla depozit yaradan tətbiqetmə layihəsi ilə III yerin sahibi elan edilib və 500 AZN dəyərində hədiyyə ilə mükafatlandırılıb.

Qeyd edək ki, bu dəfəki müsabiqədə gənc proqramçıların qarşısına məqsəd kimi informasiya texnologiyalarının köməyi ilə müştəri məmnuniyyətinin artırılması, xidmətin operativliyi yönündə yeni məhsullar və innovativ həllərin yaradılması qoyulmuşdu. 10 komandada təmsil olunan 45 iddialı proqramçı 36 saat ərzində fasiləsiz olaraq müsabiqədə iştirak edib. Qeyd edək ki, bu müddətdə bütün iştirakçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunub. Layihəyə media dəstəyi Technote Media Platform və Barama Media tərəfindən göstərilib.






 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment