1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-ın Tələbə təqaüd proqramının növbəti mərhələsinə keçənlərin adları açıqlanıb
29.11.2018

Baki, FinanceTime.  AccessBank-ın elan etdiyi Tələbə Təqaüd Proqramının 2-ci seçim mərhələsinə yekun vurulub.

Bu mərhələdə proqrama qatılan tələbələrdən məntiq imtahanı götürülüb. 350 tələbənin iştirak etdiyi imtahanda növbəti mərhələyə keçid balı kimi 31 bal təyin edilib. İmtahanın nəticələrinə əsasən, 119 tələbə 31 bal və daha yüksək göstərici ilə növbəti mərhələyə keçib.

2-ci mərhələnin nəticələri bankın saytında yerləşdirilib. 3-cü mərhələyə keçən iştirakçıların adları göy rənglə qeyd edilib. Bundan başqa, növbəti imtahanın vaxtı da tələbələrin adlarının qarşısında göstərilib. İmtahan Tbilisi pr., 3 ünvanında yerləşən AccessBank-ın baş ofisində keçiriləcək.

Qeyd edək ki, 3-cü mərhələ müxtəlif mövzularda ingilis dilində esselərin yazılmasından ibarət olacaq. Hər bir tələbə təqdim olunan 3 mövzudan istənilən birini seçərək yaza bilər. İmtahanın müddəti 1 saatdır. İmtahana gələn tələbələrdən şəxsiyyət vəsiqəsini və ya tələbə biletini götürmələri xahiş olunur.

Adı siyahıda çıxmamış, qeyd olunmuş növbəti mərhələnin imtahan vaxtını dəyişmək istəyən və ya hər hansı sualı olan tələbələr 151 Məlumat Mərkəzinə müraciət edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment