1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” təcrübəsi “Afrika şəhərlərinin 8-ci Forumu”nda
26.11.2018

Baki, FinanceTime. 20-24 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “Afrika şəhərlərinin 8-ci Forumu”nda iştirak etmək məqsədilə Mərakeş Krallığında səfərdə olub. Səfər Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG-Afrika) baş katibi Jan Pier Elonq Mbassinin dəvəti ilə həyata keçirilib.

Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatının Mərakeş Krallığının Daxili İşlər Nazirliyi ilə birlikdə təşkil etdiyi Foruma Afrika qitəsini təmsil edən ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının və şəhər, yerli idarəetmə orqanlarının rəhbərləri, məmur və ekspertləri iştirak ediblər. Həmçinin tədbirə Avropa və Asiya dövlətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmiləri, diplomatik korpus və akademik dairələrin nümayəndələri qismində 5000-dən çox iştirakçı qatılıb.

Forum çərçivəsində 500-dən çox, o cümlədən 22 noyabr tarixində Dövlət Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin göstərilməsində innovasiyalar” mövzusunda sessiya keçirilib.

Sessiyaya sədrliyi Kamerunun Nqulemakonq şəhərinin meri Albert Aniset Akoa, moderatorluğu Dövlət Agentliyinin Aparat rəhbəri edib.

Sessiya zamanı BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar bölməsinin direktoru Con-Meri Kauzya, Yaponiyanın Tsukuba şəhərinin meri Tatsuo İqaraşi, Fransanın Hudan şəhərinin meri Jan-Meri Tetar, Uqanda Yerli İdarəetmə Assosiasiyasınn Prezidenti Corc Mutabaz, Beynəlxalq Dövlət Xidmətləri Qeyri-Hökumət Təşkilatının Regional katibi Evelin Akeç, Afrika Dövlət İdarəetməsi Assoasiyasının Cənubi Afrika Respublikası bölməsinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Matayva Busieka, Tanzaniya Yerli İdarəetmə Orqanları Assosiasiyasının sədri Abubakar Qulamhaffez tərəfindən çıxışlar edilib. Onlar dövlət xidmətlərində innovasiyalarla bağlı Afrika, Avropa və Asiya təcrübələrinə, mövcud problemlər, çətinliklər və qabaqcıl təcrübələrə əsaslanan həllər və gələcək fəaliyyətə həsr olunmuş mövzulara dair çıxışlar ediblər.

Eyni zamanda, sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in innovasiyalara yönəlmiş fəaliyyətini əks etdirən geniş təqdimat edib. Son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in innovasiyaların tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər və vətəndaş məmnunluğu barədə məlumat verilib, dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsindəki uğurlu təcrübə diqqətə çatdırılıb. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələrində, o cümlədən Afrika ölkələri olan Mərakeş və Uqanda, habelə UCLG Africa təşkilatı ilə dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı qeyd edilib. Azərbaycanın “ASAN xidmət” modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.

“ASAN xidmət” təcrübəsi və onun tətbiqi sessiya iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Sessiya öz işini müzakirələrlə davam etdirib. Sonda sessiyanın yekunları üzrə tövsiyələr qəbul olunub.

Forumun işində iştirakla yanaşı bir sıra ikitərəfli görüşlər də keçirilib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Xidmətlərində İnnovasiyalar Bölməsinin direktoru Con-Meri Kauzya, UCLG Afrika təşkilatının Afrika Yerli İdarəetmə Orqanları Akademiyasının rəhbəri Nəcat Zarruk, Fransanın Hudan şəhərinin meri Tetar ilə keçirilən görüşlərdə “ASAN xidmət” təcrübəsinin Afrika yerli və regional orqanlarında, habelə Fransa şəhərlərində tətbiqi, BMT çərçivəsində müvafiq mövzuda toplantılara “ASAN xidmət”in töhfəsi, digər əməkdaşlıq perspektivləri müzakirə edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment