1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir
23.11.2018

Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır

Baki, FinanceTime. Günümüzdə əksər uşaqlar ailədə, məktəbdə onlara qarşı baş verən haqsızlıq, qanun pozuntusu və zorakılıq barədə digər insanlarla bölüşməkdən qorxurlar, eyni zamanda üzləşdikləri problemləri valideynlərinə və yaxınlarına danışmaqdan çəkinirirlər. Aparılan müşahidələr göstərir ki, bütün bu yaşananlar uşaqların bir şəxsiyyət kimi yetişməsində ciddi maneələr törədir, onlara mənəvi və psixoloji olaraq çətinlik yaradır. Bu tip problemlərin qarşısını almaq, uşaqlara dəstək və yaranan problemlərdə valideynlərə yardımçı olmaq üçün “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt“xidməti artıq 2 ildir ki, orta məktəblərdə maarifləndirmə işləri aparır. İndiyə qədər Bakının bir çox məktəbləri ilə yanaşı, bölgələrdə də maarifləndirmə tədbirləri keçirən Qaynar xəttin əməkdaşları noyabr ayında da yüzlərlə uşaq, valideyn və müəllimi bir araya gətiriblər. Belə ki, Bakıda 135, 24, 212, 45, 263, 83 nömrəli orta məktəblərdə və eləcə də “Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə keçirilən maarifləndirmə tədbirlərində Qaynar Xətt xidmətinin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, uşaqlar xidmətə şəxsiyyətlərarası münasibətlər, psixoloji dəstəyə ehtiyac, ailədaxili, həmyaşıdlarla, məktəbdə ünsiyyət çatışmazlığı, tənhalıq, sevgi ilə bağlı qorxu hissləri, yaxın adamın itkisi, psixoloji, fiziki və cinsi zorakılıq, imtahanqabağı həyəcan, evdən qaçma, gələcək planlarla bağlı narahatlıq, erkən nikah, zərərli maddəllərdən istifadə, İİV/QİÇS-ə yoluxma təhlükəsi, habelə hüquqi pozuntularla bağlı zəng vura bilərlər. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilib.

2010-cu ildə Azercell-in dəstəyi ilə xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. Qeyd edək ki, işçi heyyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət olan “Uşaq Qaynar Xətt” xidmətində ən vacib prinsiplərdən biri məxfilikdir. Yalnız uşağın və valideynin icazəsi olduqda və problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırılır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment