1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


UNEC ikili diplom və mübadilə proqramlarını uğurla davam edir
23.11.2018

Baki, FinanceTime. UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramları həyata keçirir.

UNEC-də bakalavr pilləsi üzrə Montpellier Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda UNEC London İqtisadiyyat Məktəbinin akademik dəstəyi ilə London Universitetinin beynəlxalq proqramlarına qoşulub. Proqramı müvəffəqiyyətlə bitirən tələbələr London Universitetinin və UNEC-in bakalavr diplomunu əldə edə bilir.

UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019/2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Montpellier Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

Hazırda isə UNEC-in 47 tələbəsi ikili diplom, Erasmus+, Mövlana proqramları və ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini Avropanın və Türkiyənin nüfuzlu universitetlərində davam etdirir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə  proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində 7 tələbə Almaniyanın Siegen Universiteti, 2 tələbə Fransanın Montpellier Universiteti və 4 tələbə Litvanın Mikolos Romeris Universitetində təhsil alır. Mövlana proqramı ilə isə UNEC-in 24 tələbəsi Türkiyənin Haccəttəpə, Uludağ, Sakarya, Qazi, Yıldız Teknik, Atatürk, Səlcuk və Mersin universitetlərində mübadilədə iştirak edir.

UNEC-in ikili diplom proqramlarına qoşulan tələbələrin sayı da ildən-ilə artmaqdadır. Hazırda UNEC-in 10 tələbəsi nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramı çərçivəsində Fransada təhsilini davam etdirir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-in 5 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olub. İkili diplom proqramının ilk iştirakçılarına UNEC-in Məzun günündə Montpellier Universitetinin diplomu təqdim edilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment