1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
20.11.2018

Baki, FinanceTime.  26 yanvar 2019-cu il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA)təşəbbüsü və “Baku School of PR”, “Alibayov Communication & Consulting” və “PROAKTİV” PR şirkətlərinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” keçiriləcək.

Forumun təşkilat qrupundan verilən məlumata görə, forumun məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında və təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar və ictimai siyasi xadimlər, o cümlədən, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Türkiye Halkla İlişkier Dernegi (TÜHİD), Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanın biznes və qeyri-hökümət təşkilatları, Türkdilli dövlətlərin Parlament Assambleyası və digərləri dəstək verirlər. 

Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək.

Qeyd edək ki, forumda Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə Forumun rəsmi saytı, sosial profilləri işə salınacaq və ictimaiyyət forumla bağlı bütün suallara oradan cavab tapa biləcəklər.

 

“Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”

Təşkilat qrupu

Daha ətraflı: Tel.: +99450 2136682


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment