1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyası Hüquq komitəsinin növbədənkənar görüşü keçirilib
19.11.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Hüquq komitəsinin görüşü keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini Vüqar Əliyev, Birliyin əməkdaşları və Hüquq komitəsinin üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin Hüquq departamentinin müdirləri və hüquqşünasları, eləcə də, İcbari Sığorta Bürosunun nümayəndələri iştirak edib.

Görüşün əsas müzakirə mövzusu kompensasiya ödənişi ilə bağlı İcbari Sığorta Bürosuna qarşı qaldırılmış sığorta tələbi olub. Belə ki 2014-cü ildə baş vermiş, bir nəfərin ölümü və bir nəfərin az ağır yaralanması ilə nəticələnən avtonəqliyyat qəzası ilə bağlı zərərçəkən şəxsə ödəniləcək kompensasiya ödənişi gərgin müzakirəyə səbəb olub. “İcbari Sığortalar haqqında” Qanunun 19-cu maddəsinə müvafiq olaraq, zərərvuran tərəflərdən birinin sığortaçısı tərəfindən ölümlə bağlı 5000 AZN, yaralanan şəxsin müalicəsi ilə bağlı 1500 AZN sığorta haqqı ödənilməsinə baxmayaraq, qəzada iştirak edən digər zərərvuran tərəfin icbari sığorta müqaviləsi olmadığı üçün zərərçəkən şəxs müvafiq olaraq İcbari Sığorta Bürosuna (İSB) müraciət edib. Lakin İSB zərərçəkən şəxsə “İcbari Sığortalar haqqında” Qanunun 33.5-ci maddəsinə əsaslanaraq qarşı tərəfin sığortaçısı tərəfindən artıq sığorta ödənişi olunmasını vurğulayaraq sığorta ödənişini etməkdən imtina etdiyini bildirib.

Məsələnin mübahisəli olması onun Birliyin Hüquq komitəsində də müzakirəsi zərurətini yaradıb. İclasda iştirak edən sığorta şirkətlərinin nümayəndələri arasında iki mövqe formalaşıb. Bir tərəf zərərçəkənin Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” Qanuna əsasən kompensasiya ödənişi almaq hüququnun olduğunu bildirsə də, digər tərəf zərərçəkənin artıq kompensiya ödənişinin aldığını qeyd edərək Mülki Məcəllə və “İcbari Sığortalar haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək İSB-nin mövqeyini müdafiə edib.

İclasın yekununda Hüquq komitəsi məsələnin vətəndaş tərəfindən məhkəmədə mübahisələndirilməsinin tövsiyə olunması ilə əlaqədar rəy bildirib və bu cür hadisələrə “vahid metodoji yanaşmanın təmin olunması prinsipi”nə əməl edilməsi məqsədilə qanunvericiliyə dəyişikliyə dair təkliflər hazırlanması qərara alınıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment