1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının IBAm mobil əlavəsində daha bir neçə yeni funksiya
19.11.2018

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankı elektron bankçılıq platformalarını daha da inkişaf etdirməkdədir. Bu prosesin davamı kimi IBAm mobil əlavəsinə daha bir neçə yeni funksiya əlavə olunub. Belə ki, indi IBAm istifadəçiləri sistemə sürətli giriş üçün 4 rəqəmli pinkod təyin edə, öz hesabları arasında milli və xarici valyutada ölkə daxilində köçürmələr apara, öz hesabları arasında valyuta mübadiləsi həyata keçirə, rekvizitlərini əldə edə və paylaşa bilərlər.

IBAm mobil əlavəsinin aşağıda göstərilən bir çox imkanlarından da faydalanmaq olar:

* Kredit sifarişi;

* Aylıq kredit borclarının ödənişi;

* Kredit üzrə aylıq ödəniş qrafikinin nəzarətdə saxlanması;

* Şifrənin simvol məhdudiyyəti olmadan dəyişdirilməsi;

* Hesablar barədə məlumatın əldə edilməsi;

* Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

* Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

* Kartların bloklaşdırılması və blokdan çıxarılması;

* “SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

* Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

* Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

* Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

* Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

* Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün IBAm mobil əlavəsinə qoşulma, eləcə də ondan istifadə tamamilə pulsuzdur.

Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib: “İBAm mobil əlavəsində son yenilənmələr nəticəsində təklif olunan funksionallar müştərilərimizə bir sıra rahat həllər və imkanlar yaradır. Belə ki, artıq dəyərli müştərilərimiz Banka gəlmədən bir çox xidmətlər üçün digər banklara köçürmələrini rahatlıqla həyata keçirə bilər, eyni zamanda öz hesabları üzrə rekvizitləri əldə edərək ödənişləri qəbul etmək məqsədilə onu paylaşa da bilərlər.”.

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri: Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment