1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycan son 141 ildə 2 mlrd. tondan artıq neft hasil edib
31.10.2012

Azərbaycanda 1871-2011-ci illərdə ümumilikdə 2,015 mlrd. ton neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

«
APA-ECONOMICS»in Dövlət Statistika Komitəsinin dərc etdiyi «Azərbaycanın energetikası - 2012» hesabatına istinadən verdiyi məlumata görə, 1871-ci ildə ölkədə cəmi 19 min ton neft hasil olunmuşdursa, 141 ildən sonra, yəni 2011-ci ildə Azərbaycan neft hasilatını 45,6 mln. tona çatdırıb. Ölkədə neft hasilatının rekord göstəricisi isə 2010-cu ilə təsadüf edib. Belə ki, həmin il Azərbaycanda 50,8 mln. ton neft hasil olunub.

Ölkə hökumətinin 2013-cü il üçün proqnozlaşdırdığı neft hasilatını nəzərə alsaq (43,2 mln. ton), görmək olar ki, növbəti ildə də ölkənin neft hasilatında azalma qeydə alınacaq. Ümumiyyətlə, Azərbaycanın təsdiq olunmuş neft ehtiyatları 7 mlrd. barel, ilkin çıxarılan ehtiyatları 29,9 mlrd. barel, toplam hasilat 11,7 mlrd. barel, qalan ehtiyatlar 18,2 mlrd. barel həcmində qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının ilk mərhələsi 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlayıb və 1920-ci ilə kimi davam edib, 1847-1848-ci illərdə ilk dəfə «Bibiheybət» və sonra «Balaxanı» yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınıb və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlayıb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 32,8 mln. ton neft hasil olunub. Bu da 2011-ci ilin eyni dövrünə nisbətən 7,6% azdır. 

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment